Drag-reysing turnirinin açılış mərasimi keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Drag Racing Klubu tərəfindən Azərbaycanda ilk dəfə 14 iyul 2012-ci il tarixdə Sumqayıt şosesi 133, Riyad Ticarət Mərkəzində “Təhlükəsiz yol” lahiyəsinə həsr olunmuş drag-reysing (avtomobil ötüşmələri) turnirinin açılış mərasimi keçirilmişdir. Turnirin açılış mərasimində 30-dan çox maşının 7 kateqoriya üzrə ötüşməsi təşkil edilmişdir.
Turnirin aylıq qaliblərini müəyyən etmək üçün həftəlik qaliblər hər ayın son bazar günləri final mərhələsində yarışacaqlar. Turnirin son mərhələsi aylıq qaliblər arasında noyabr ayında təşkil olunacaqdır.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında avtoxuliqanlığa olan marağın qarşısının alınması, onların nəqliyyat vasitələrindən düzgün istifadə etməsinin və təhlükəsizlik qaydalarına riayət olunmasının təbliğindən ibarətdir.