“Ekologiyamızı qoruyaq” mövzusunda foto və rəsm sərgisi keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Abşeron Rəsm Qalereyasında “Ekologiyamızı qoruyaq” mövzusunda gənc fotoqrafların, rəssamların iştirakı ilə foto və rəsm sərgisi keçirilmişdir. İlk öncə Baş İdarənin rəis müavini Aydın Yusifov  iştirakçılara ugurlar arzulamış, Baş İdarə tərəfindən  hər il bu mövzu ilə bağlı tədbirlərin həyata keçdiyini qeyd edərək,  gənclərə ekologiyamızın mühafizəsi, Azərbaycan təbiəti, ölkəmizin dilbər guşələri və tarixi abidələrimizin qorunması, sağlam həyat tərzini təbliğ etmək, istedadlı gənclərin fotoqraflıq sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün geniş şəraitin yaradıldığını bildirmişdir.

      Onu da qeyd edək ki, foto və rəsm sərgisində 50 nəfər gəncin 60-dan çox foto və rəsmi nümayiş olunmuşdur. Foto və rəsm sərgisi üç hissədən ibarətdir: foto tənqid, görməli yerlər və Azərbaycan təbiəti. Foto və rəsm sərgisi  bir həftə davam edəcəkdir.