Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulmuşdur.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq əməkdar idman ustası, professor Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş 20 aprel 2015-ci il tarixdən start götürmüş futbol turnirinə yekun vurulmuşdur.

    Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Vətən-II və RİOEUGİM komandaları arasında keçirilən gərgin oyundan 2:1 hesabı ilə Vətən-II komandası, III-IV yerlər uğrunda mübarizə aparan Təhsil RİM və Binəqədi komandaları arasında keçirilən oyunda 4:1 hesabı ilə Təhsil RİM komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə Vətən-II komandası, 2-ci yerə RİOEUGİM komandası, 3-cü yerə isə Təhsil RİM komandası layiq görülmüşlər.

    Onu da qeyd edək ki, final oyunu Bayil Arena stadionunda keçirilmişdir.

   I, II və III yeri tutmuş komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort