Erməni güləşçiyə qalib gələrək Avropa çempionu olan Fərid Baxışlı ilə görüş keçirilib

        Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında uğurla çıxış edən Fərid Baxışlı (55 kq) ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib.
           Əvvəlcə Fərid Baxışlı haqqında videoçarx nümayiş olunub.
         Baş İdarənin rəisi Raqif Abbasov tədbirdə çıxış edərək yarışda qazandığı uğur münasibətilə Fərid Baxışlını təbrik edib, onun bu nailiyyətini yüksək qiymətləndirib: “Sevindirici haldır ki, bu gün idmançılarımız öz qələbələrini şəhidlərimizin xatirəsinə, qazilərimizə həsr edirlər. Onların nümayiş etdirdiyi sonsuz vətənpərvərlik ruhu, vətəndaş həmrəyliyi hər birimizin qəlbini qürur hissi ilə doldurur. Bu baxımdan idmançılarımızın hər bir qələbəsi bizim üçün xüsusi önəm kəsb edir”.
        Beynəlxalq turnirdə ardıcıl Estoniya, Belarus, Almaniya və Rusiya təmsilçiləri ilə gərgin keçən görüşlərdə qalib gələrək finala yüksəldiyini deyən Fərid Baxışlı Ermənistan idmançısı ilə üz-üzə gəldiyi həlledici qarşılaşma barədə danışarkən bildirib: “Erməni idmançı ilə görüşdə böyük fərqlə hesabda geri olduqda belə, qalib gələcəyimə inanırdım. Düzdür, bu, idmandır və hər bir nəticə gözlənilə bilər. Amma mən bunu qəbul edə bilməzdim. Axıradək mübarizə apardım və geridönüş edərək sonuncu xal prinsipinə əsasən Avropa çempionu oldum. Qələbələrimizi gələcəkdə də təkrarlamağa çalışacağıq”.
         İdmançının məşqçisi İmran Qədirov yeniyetmələr arasında Avropa çempionatında görüşlərin son dərəcə gərgin keçdiyini vurğulayaraq deyib: “Avropa birinciliyində güclü idmançılar mübarizə aparırdılar. Çünki bu turnirə öz ölkələrində çempion olan güləşçilər qatılmışdılar. Fəridin belə mötəbər turnirdə qazandığı qələbə bütün Azərbaycan xalqının uğurudur”.
            Sonda Baş İdarə tərəfindən Fərid Baxışlıya diplom və hədiyyə təqdim olunub.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort