Fəxri xiyabanda Rəşid Behbudovun anım mərasimi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhər Mədəniyət Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun anım günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Anım mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,  Bakı şəhər Mədəniyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, idarə əməkdaşları, paytaxtın fəal gəncləri iştirak ediblər.

BŞGİBİ-nin rəisi Raqif Abbasov R.Behbudovun Azərbaycan musiqisi tarixində, kino sənətində rolundan söz açıb, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Rəşid Behbudov sadəcə müğənni, musiqiçi deyildi, millətini, yurdunu ürəkdən sevən böyük vətəndaş, ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Rəşid Behbudov sənətinin unudulmaz əbədi olduğunu söyləyən Raqif Abbasov vurğulayıb ki, bütün yaradıcı ömrünü xalqına bağışlayan sənətkar mənsub olduğu xalqın da qəlbində əbədi yaşayacaq.

Sonda Opera Balet Teatrinin solisti Urfan Cəfərov və gənc istedadlar Məmməd Şammədov, Kənan Sultanov tərəfindən “Azərbaycan” və “Alagöz” mahnıları səsləndi.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort