FHN-nin “N” saylı hərbi hissəsində Novruz bayramı münasibətilə əsgər və zabit heyəti ilə görüş keçirildi.

 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirildi. Tədbirdə Zamin Əhmədov çıxış edərək Novruz bayramı münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.Tədbirdə həmçinin Baş İdarənin əməkdaşı Samir Kazımov, QRGİİ-nin rəisi Elçin Abbasov, XRGİİ-nin rəisi Vüqar Əliyev  və başqaları da iştirak etmişlər. Sonra hərbi xidmətdə fərqlənmiş 15 nəfər əsgər və zabit heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar.

Sonda incəsənət ustaları bayram konserti ilə çıxış etmişlər. Vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının çıxışları əsgərlər tərəfindən alqışlarla qarşılanmışdır. Əsgərlər mahnı sədaları altında rəqs etmişlər.