FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN QURUMLARI ARASINDA STOLÜSTÜ TENNİS ÜZRƏ YARIŞ KEÇİRİLİB

     Azərbayca Respublikası Fövqəladə Hallar Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Mülki Müdafiə Komandanlığında stolüstü tennis üzrə yarış keçirmişdir. Yarışda FHN-nin bütün qurumları iştirak etmişdir . Yarışın bağlanış mərasimində çıxış edən  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, FHN İdman-sağlamlıq Klubunun rəisi Füzuli Musayev, millət vəkili Fuad Muradov qalib gəlmiş komandaları və idmançıları təbrik etmişlər. Stolüstü tennis üzrə yarışda  birinci, ikinci və üçünücü yerləri tutmuş komandalar kuboklarla, şəxsi birincilikdə fərqlənən idmançılar isə medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.