Futbol üzrə Bakı şəhər kuboku keçirilmişdir

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən futbol üzrə Bakı şəhər kuboku keçirilmişdir. Bakı şəhər kubokunda  Qaradağ,, Xəzər, Sabunçu, Yasamal, Nərimanov, Xətai, Nəsimi rayon komandaları və “Atəşgah” və “Turan Bakı” furbol klublarını təmsil edən idmançılar iştirak etmişlər. Nəticələrə görə I yeri Xəzər rayon komandası, II yeri Yasamal rayon komandası, III yeri isə Qaradağ rayon komandası tutmuşdur. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.