Futbol üzrə Bakı şəhər kuboku keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən futbol üzrə Bakı şəhər kuboku keçirilmişdir. Bakı şəhər kubokunda Suraxanı, Qaradağ, Binəqədi, Xəzər, Sabunçu, Nizami, Səbail, Yasamal, Nərimnov, Xətai, Nəsimi rayon komandalarını təmsil edən idmançılar iştirak etmişlər. Nəticələrə görə I yeri Nətimanov rayon komandası, II yeri Xəzər rayon komandası, III yeri isə Yasamal rayon komandası tutmuşdur. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.