Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir

18 dekabr 2013 – cü il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin iclas zalında 63-cü futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini, idman sektorunun müdiri Rəşad Əliyev, sektor müdiri Adil Ağayev,yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov iştirak etmişlər.
Tədbirdə I dəstədə 2000 – 2001-ci il təvəllüdlü komandalar arasında I yerə “BİFM-1″ II yerə ” RİOEUGİM -2″, III yerə “BİFM-2”,1999-cu iı təvəllüdlü komandalar arasında I yerə “BİFM-2”, II yerə “Vətən”, III yerə ” RİOEUGİM -1″, 1998-cı il təvəllüdlü komandalar arasında I yerə “RİOEUGİM-1”, II yerə “BİFM-1”, III yerə “Neftçi İSM”, 1997-ci il təvəllüdlü komandalar arasında I yerə “Vətən”, II yerə “ROİL”, III yerə ” RİOEUGİM -1″, klub hesabında isə  eyni xaı toplayaraq I yerə “RİOEUGİM-1” və “Vətən”, II yerə “BİFM-1”, III yerə “BİFM-2” layiq görülmüş komandalar mükafatlandırılmışlar.
II dəstədə isə 2000-2001-ci il təvəllüdlü komandalar arasında I yerə Səbail UGİM, II yerə “Xətai UGİM”, III yerə “Zəngəzur”UGİM, 1999-cu iı təvəllüdlü komandalar arasında I yerə Mehdiabad, II yerə Binəqədi UGİM, III yerə 16 saylı UGİM, 1998-cı il təvəllüdlü komandalar arasında I yerə “Xətai”UGİM, II yerə Qaradağ, III yerə Binəqədi UGİM, 1997-ci il təvəllüdlü komandalar arasında I yerə “Zəngəzur”, II yerə Xətai UGİM, III yerə “Binəqədi UGİM”, klub hesabında isə I yerə “Xətai UGİM, II yerə “Binəqədi UGİM”, III yerə Mehdiabad  layiq görülmüş komandalar mükafatlandırılmışlar.
Yarışda I,II,III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və kubokla təltif olunmuşlar.