Futbol üzrə Sevinc Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir

15-24 iyul 2012-ci il tarixdə Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında 2000-2001-cu il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə “Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Ümumilikdə yarışda 220 nəfər yeniyetmə futbolçu iştirak etmişdir.
Yarimfinala çıxan Xəzər və Qaradağ rayon komandaları arasında keçirilən oyunda 2:0 hesabı ilə Xəzər rayon komandası, Nərimanov və Binəqədi rayon komandaları arasında keçirilən oyunda isə 1:0 hesabı ilə Nərimanov rayon komandası qalib gəlmişdir.
Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Xəzər və Nərimanov rayon komandaları arasında keçirilən gərgin oyundan 3:2 hesabı ilə Xəzər rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Qaradağ və Binəqədi komandaları arasında keçirilən oyunda 4:1 hesabı ilə Qaradağ rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə “Xəzər” komandası, 2-ci yerə “Nərimanov” komandası, 3-cü yerə isə “Qaradağ” komandası layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Sevinc” Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təltif edilmişdir.