
“Futbola Qoşul” onlayn qeydiyyat sisteminə qoşulmağı ilə bağlı iclas keçirilmişdir.
Bu gün Baş İdarənin konfrans zalında gənc futbolçuların AFFA-nın “Futbola Qoşul” onlayn qeydiyyat sisteminə qoşulmağı ilə bağlı iclas keçirilmişdir. Baş İdarənin əməkdaşları, şəhər yarışlarının baş hakimi, komandaların məşqçilərinın iştirakı ilə keçirilən yığıncaqda qeydiyyat prosesi , lazımi sənədlər barəsində və gələcək paytaxt yarışları haqqında iclas iştirakçılarına məlumat verilmişdir.