Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək

   Xətai rayon icra hakimiyyətinində Xətai rayon Gənclər və İdman İdarəsi və Xətai rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda konfrans keçirilib.

  Tədbirdə çıxış edən  rayon icra hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynli bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə maarifləndirmə işinin artırılmasıdır. Natiq qeyd edib ki, ölkədə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəlxaql əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir.

  Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək bildirmişdir ki, narkomaniyaya qarşı mübarizə davamlı, ardıcıl həyata keçirilməlidir. Bu, həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işidir. Azərbaycanda narkomaniyaya qarşı mübarizə bütün sahələrdə heç vaxt kampaniya xarakteri daşımamış, bununla bağlı dövlətin çox aydın ifadə edilmiş siyasi iradəsi mövcud olmuşdur.  Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır. Bu baxımdan bu mövzuda olan tədbilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupunun əməkdaşı Şahin İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki,  “ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də içtimaiyyətin rolu böyükdür. Onlar bildiriblər ki, belə vasitələr orqanizmdə təkcə fəsadlar törətmir, həm də gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır.
Tədbirin sonunda “Narkomaniyaya yox deyək!” adlı qısametrajlı film nümayiş olundu.