Gələn oyunlarda Azərbaycan daha çox idmançı ilə təmsil olunacaq – QURUM RƏSMİSİ AÇIQLADI

“Çin Xalq Respublikasının Pekin şəhərində növbəti Qış Olimpiya Oyunları yekunlaşdı. Bu Qış Olimpiya Oyunlarında 91 ölkədən 3000-ə yaxın idmançı iştirak edirdi”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə 6 minə yaxın məşqçi, həkim, hakim, komanda üzvləri və komadanı müşahidə edən nümayəndə və heyətlər qatılmışdır: “109 dəst medal uğrunda mübarizə fevral ayının 4-dən, 20-nə kimi davam etmişdir. Pekin Qış Olimpiya Oyunlarının postpandemiya dövründə keçirildiyini nəzərə alsaq, təhlükəsizlik və idmançıların sağlamlıqları ilə bağlı çox ciddi tədbirlər aparılmışdır. Lakin buna baxmayaraq 185 idmançıda yoluxma halı qeydə alınmışdır. Əvvəlki Olimpiya oyunlarından fərqli olaraq bu Qış Olimpiya Oyunlarında bir çox yeniliklər tətbiq edilib. Azərbaycan nümayəndə heyəti Qış Olimpiya Oyunlarında 2 idmançı ilə fiqurlukonki sürmə üzrə Yekaterina Ryabova və Vladimir Litvintsev ölkəmizi təmsil edib və Qış Olimpiya Oyunlarına lisenziyanı qazanmışdır. Həmçinin hər iki idmançının təmsil olunduğu idman növündə sərbəst proqramda çıxış edərək finala vəsiqə qazanmaq hədəflənmiş və hər iki idmançı bu nailiyyəti əldə etmişdir.

Ümumilikdə Milli Olimpiya Komitəsinin və Gənclər və İdman Nazirliyinin rəsmiləri idmançılarımıza dəstək olmaq üçün Qış Olimpiya Oyunlarına qatılmışdır. Nazir Fərid Qayıbov idmançılarımızla Atletlər kəndində görüşmüş və eyni zamanda Çinin gənclər və idman nazirinin müavini, Çinin Milli Olimpiya Komitəsinin rəsmləri ilə görüşmüş və fikir mübadiləsi aparmışdır. Bununla yanaşı Milli Olimpiya Komitəmizin Baş katibi Azər Əliyev də Atletlər kəndində olmuş və idmançılarımızla görüşmüşdür. 2026-ci ildə İtalyanın Milan və Kortino şəhərində növbəti Qış Olimpiya Oyunlarının keçirilməsi gözlənilir.

Ümid varıq ki, o zaman Azərbaycan daha çox idmançı ilə müxtəlif idman sahəsində təmsil olunar. Xüsusi sevindirici hal ondan ibarətdir ki, Qış Paraolimpiya Oyunlarında ilk dəfə olaraq Azərbaycan müstəqillik əldə etdiyi dövrlərdə krosxizəyi idman növü üzrə Mehman Ramazanzadənin timsalında ölkəmizi təmsil edəcək. Fürsətdən istifadə edərək idmançımıza uğurlar arzu edirəm”.

Müəllif: Banuçiçək Hüseynli
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort