Gəncədəki hərbi hissədə əsgərlərlə görüş keçirilib

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərindəki “N” saylı hərbi hissədə tədbir keçirilib. Səfərin əsas məqsədi, orduya ictimai nəzarətin yaranmasına dəstək olmaq, Azərbaycanı idmanın müxtəlif növləri üzrə dünya və Avropa çemionatlarında təmsil edən idmançılarla, həmçinin KİV və QHT nümayəndələri ilə əsgərlərin görüşünü təşkil etməkdir.  Qeyd edək ki, hərbçilərlə görüşdə yeniyetmələr arasında boks üzrə Avropa çempionu Ruslan Rüstəmov, iyun ayında Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Ayxan Mamayev və I Avropa Oyunlarının gümüş mükafatçısı Amil Qasımov da iştirak etmişdir.

    Tədbirin rəsmi hissəsinin açılışında çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov hərbi hissədə keçirilən bu tədbirin hər il ənənəvi olaraq keçirildiyini bildirib: “Müqəddəs Qurban bayramı ərəfəsində bu tədbiri təşkil etdiyimizə görə çox sevinirik. Bu gün ordu quruculuğu sahəsində aparılan işlər, Azərbaycan əsgərinin rəşadəti, fiziki hazırlığı bizləri sevindirir. Bu gün bir daha şahidi olduq ki, Azərbaycan Prezidenti İlham Əliyevin əmri ilə ordumuz böyük inkişaf yolu keçib. Bu gün ön səngərlərdə hərbi xidmət keçən əsgərlərimiz torpaqlarımızı düşməndən azad etməyə tam hazırdır. Azərbaycanı beynəlxalq arenalarda, eyni zamanda bu ilin iyun ayında Bakı şəhərində keçirilən I Avropa oyunlarının qaliblərini bu görüşə gətirdik ki, onlar hərbi xidmətə cəlb olunan zaman Vətən qarşısındakı borclarını layiqli şəkildə icra etsinlər. Əminəm ki, belə görüşlər əsgər və zabitlərimizdə ruh yüksəkliyinin yaranmasına böyük töhfə verəcək”.

   Çıxışlardan sonra hərbi xidmətdə fərqlənən zabitlər, gizirlər və əsgərlər Baş İdarə tərəfindən diplomlar və qiymətli hədiyyələrlə təltif olundular. Bundan sonra isə tədbirin bədii hissəsinə start verildi. Gəncə şəhərinin tanınmış mədəniyyət və incəsənət xadimlərin, musiqiçilərin səsləndirdikləri ifalar şəxsi heyətdə yüksək əhval-ruhiyyəyə səbəb oldu. Bakıdan gələn qonaqlar hərbçilərlə birlikdə oynadılar, şənləndilər və onlara öz xeyr-dualarını çatdırdılar.

   Tədbirin sonunda qonaqlar əsgər kazarmalarındakı vəziyyətlə tanış oldular və hərbçilərimizlə birlikdə nahar etdilər. Burada yaradılan şərait qonaqlar tərəfindən razılıqla qarşılandı.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort