“Gənc Kooperatorların V Liderlik Məktəbi”nin açılış mərasimi və ilk təlimi keçirilib

       Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Kooperasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Excelsior” Oteldə  “Gənc Kooperatorların V Liderlik Məktəbi”nin açılış mərasimi və ilk təlimi keçirilib.
      Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Vətən Müharibəsinin Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Universitetin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Rayon Bələdiyyəsinin üzvü Tamerlan Əkbərov, “Bakı Avrasiya” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Fidan Əzizova və fəal gənclər iştirak etmişlər.
      Tədbiri giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Rayon Bələdiyyəsinin üzvü Tamerlan Əkbərov qonaqları və tədbir iştirakçılarını salamlayaraq layihənin məqsədi haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, 2 gün ərzində keçiriləcək Gənc Kooperatorların V Liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında təbliğat işlərinin aparılması, liderlik duyğularının üzə çıxarılması nəzərdə tutulub.
      Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Vətən Müharibəsinin Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov vurğuladılar ki, ölkəmizdə əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və müasir günümüzdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər Siyasəti daha dinamik, daha müasir və çoxşaxəli proqramlarla davam etdirilir. Bu sahədə aparılan uğurlu və məqsədyönlü siyasət gənc liderlərin yetişdirilməsi üçün maksimum münbit şərait yaradır. Bu gün Azərbaycan gəncləri sözün həqiqi mənasında, yüksək bacarıqlarını nümayiş etdirərək intellektual səviyyədə fərdi inkişaflarını təmin edirlər. Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin öncüllərindən olmuşdur. Gənclər daim Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmiş, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmiş, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlmişdir. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında və beynəlxalq əməkdaşlığın inkişafında fəal rol oynamışdır. Hər bir müəssisənin, kollektivin, təşkilatın uğuru ona rəhbərlik edən şəxsin liderlik bacarığından çox asılıdır. “Gənc Kooperatoların V Liderlik Məktəbi” çərçivəsində də məhz liderlik bacarıqlarının gənclər arasında təsbit olunması nəzərdə tutulmuşdur.
       Sonda ekspertlər tərəfindən gəncləri maraqladıran suallar cavablandırıldı və xatirə şəkili çəkildi.
и ещё 47
10
Поделились: 1
Нравится

Комментировать
Поделиться
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort