“Gənc qan donoru” məktəbinə yekun vuruldu

Bildiyiniz kimi, “Gənclər arasında qan donorluğu könüllülüyünün təbliği” layihəsi çərçivəsində  2 günlük “Gənc qan donoru” məktəbi təşkil edilmişdi. Məktəbdə 35 gənc iştirak edirdi. Gənclər əsasən ali və orta təhsil məktəblərindən və müxtəlif peşələrdə çalışan gənclərdən seçilmişdi. “Gənc qan donoru” məktəbində gənclərə “Sağlam Ailə” Tibb Mərkəzinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin peşəkar mütəxəssisləri tərəfindən qan donorluğu, kimə və nə üçün donor qan lazımdır, qan vermə prosedurası nece keçir, qanla keçən xəstəliklər, könüllü qan donorluğu sahəsində görülə biləcək işlər, kimlər qan verə bilməz və s. mövzularda geniş məlumatlar verilib, qan donorluğu sahəsində görülə biləcək işlərə dair təkliflər paketi hazırlanıb və layihə çərçivəsində nəşr edilən “Qan donorluğu” adlı kitab, maarifləndirici bukletlər paylanılıb. Sonda “Gənc qan donoru” məktəbinin iştirakçıları sertifikatlarla təltif edilib. Məktəbi bitirən gənclər əldə etdikləri biliklərlə könüllü qan donorluğu şəbəkəsinin inkişafında yaxından iştirak edərək edərək öz töhfələrini verəcəklər.

Nəzərinizə çatdıraq ki, “Gənclər arasında qan donorluğu könüllülüyünün təbliği” layihəsi “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, “Sağlam Ailə”nin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tərəfdaşlığı ilə icra olunurdu.

Birlik tərəfində bu kimi layihələr və tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort