“Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” devizi altında IV hərbi-vətənpərvərlik düşərgəsi keçirilir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılıgı ilə Silahlı Qüvvələrin yaranmasının 95 illiyi və Gənclər və İdman Nazirliyinin yaranması münasibətilə iyulun 23-27-də Şamaxı rayonunnda “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” devizi altında IV hərbi-vətənpərvərlik düşərgəsi keçirilir.

 Gənclər düşərgədə yerləşdikdən sonra, onlar düşərgənin günlük proqramı, daxili nizam-intizam qaydaları ilə yaxından tanış oldular. Nahar yeməyindən sonra düşərgə iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə güllər qoyublar. Sonra  Heydər Əliyev Mərkəzini ziyarət edən gənclərə Ümummilli Liderin keçdiyi həyat yoluna dair məlumatlar verilib. Ziyarətdən sonra düşərgə iştirakçıları Şamaxının Diyarşünaslıq müzeyində qədim tarixə malik Cümə Məscidində və görkəmli şair Mirzə Ələkbər Sabirin ev müzeyində olublar.

Düşərgənin ikinci günü proqrama əsasən himnin oxunmasından və səhər idmanından sonra iştirakçılar günlük proqrama əsasən milli ordumuzun hərbi sursatı haqqında seminar dinləyiblər. Nahar yeməyindən sonra Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi İsmayıl Qəhrəmanov, N saylı Hərbi Hissənin zabiti Vüqar Quliyev ilə görüşüblər.  Görüş çərçivəsində qonaqlar çıxış edərək Azərbaycan ordusu barədə gənclərə məlumat veriblər. Sonra gənclər arasında intellektual oyun keçirilib, stolüstü oyunlar və idman yarışları keçirilib. Günün sonunda gənclərin istirahəti üçün milli rəqslər təşkil olunub.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort