“Gənclər Ali baş Komandanın əmrinə hər an hazırdır!” devizi altında növbəti hərbi vətənpərvərlik düşərgəsi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi,  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı və“Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən “Gənclər Ali baş Komandanın əmrinə hər an hazırdır!” devizi altında növbəti hərbi vətənpərvərlik düşərgəsi keçirilmişdir. Layihə çərçivəsində keçirilmiş düşərgədə tarixi və vətənpərvərlik ruhunda filmlər nümayiş etdirilib, Azərbaycanın milli maraqları, ordu quruculuğu mövzusunda məruzələr edilərək, müxtəlif səpgili yarışlar, idman oyunları təşkil olunmuşdur. Əsasən gənclərin proseslərə fəal cəlb edilməsi üçün qeyri-fəal təlim metodlarından istifadə edilmişdir. İştirakçılar düşərgə daxili çempionatlarda iştirak etmişlər. Bu oyunlarda mövzular Azərbaycan mədəniyyətinə, tarixinə həsr edilmişdir. Düşərgədə 40 nəfər gənc iştirak etmişdir.

  Layihənin keçirilməsində əsas məqsəd “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclərlə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, gənclərin Azərbaycanın milli-mənəvi irsi və tarixi haqqında məlumatlandırılması, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.