«Gənclər arasında narkomaniya halları və QİÇS-in profilaktikası» mövzusunda seminar müşavirə keçirilmişdir.

        Yasamal  rayon Gənclər  və  İdman  İdarəsi və Azərbaycan Respublikası Narkomanlığa  və  Narkotik   Vasitələrin  Qanunsuz    Dövriyyəsinə   Qarşı  Mübarizə    üzrə  Dövlət  Komissiyasının  birgə  təşkilatçılığı  ilə  22  iyun  2016-cı il  tarixdə Yasamal  rayonu Heydər  Əliyev  Mərkəzində  26 iyun-Narkomanlıq Əleyhinə  Ümumdünya  Mübarizə  gününə  həsr  olunmuş  «Gənclər  arasında  narkomaniya  halları  və  QİÇS-in  profilaktikası» mövzusunda  seminar  müşavirə  keçirilmişdir. Tədbirdən öncə Mərkəzin  foyesində  rayon  gənclərinin  «Narkotiklərə Yox!»  mövzusunda  çəkdikləri  rəsm  işlərindən  ibarət  sərgi  nümayiş  etdirilmişdir.   Tədbirdə  rayon  ərazisində  fəaliyyət  göstərən  ali  və  orta  ixtisas məktəblərinin  bir  qrup  tələbələri,  idarənin  yerli  Gənclər  Nümayəndəliklərinin  aktiv  gəncləri, Yasamal  rayon  İcra  Hakimiyyəti Başçısının  Sahə  İnzibati  Dairələri  üzrə  nümayəndəliklərinin, ictimai  təşkilatların, Qeyri  Hökumət  Təşkilatlarının nümayəndələri, orta  ümumtəhsil  məktəblərinin psixoloqları  iştirak  etmişlər.

        Tədbiri Yasamal  rayon  Gənclər və  İdman  İdarəsinin  rəisi  İlham  Səfərov  açaraq  seminar  müşavirənin keçirilməsində  qarşıya  qoyulmuş  başlıca  məqsədlər barədə  iştirakçılara  geniş  məlumat  vermiş  «Gənclər  arasında  sağlam  həyat  tərzinin  formalaşdırılması  və  onların  asudə  vaxtının  səmərəli  təşkili  sahəsində  görülən  işlər» mövzusunda çıxış etmişdir.

        Seminar müşavirədə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik   Vasitələrin  Qanunsuz  Dövriyyəsinə Qarşı  Mübarizə  üzrə  Dövlət  Komissiyasının  işçi qrupunun rəhbər müavini Vasif Quliyev «Narkotik  vasitələrin qanunsuz dövriyyəsi  və  narkomanlığın  yayılmasına  qarşı  mübarizəyə  həsr  olunmuş  dövlət  proqramlarının  əsas  prinsipləri», Bakı şəhər Narkoloji Dispanserin  həkim-narkoloqu  Elçin Haqverdiyev  «Narkomanların erkən  aşkar  olunması  və  müalicə  profilaktikası  istiqamətində  görülən  işlər», Yasamal  rayon  Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Anar Süleymanov «Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı  qanunla  nəzərdə  tutulmuş  cəza  tədbirləri  haqqında», Respublika QİÇS-lə Mübarizə  Mərkəzinin Epidemioloji Nəzarət və  Profilaktika  şöbəsinin  həkimi  Cavid Cahangirli  «Azərbaycanda  İİV-QİÇS-lə  bağlı  vəziyyət, profilaktika  tədbirləri  və  qorunma  yolları», Hacı Soltanəli məsçidinin axundu Hacı İbrahim Yarıyev «İslam  dini  zərərli  vərdişlərə  qarşı» mövzusunda çıxışlar  etmişlər.

     Daha  sonra  mövzular  ətrafında  diskussiyalara  start  verilmişdir. Gənclər  onları  maraqlandıran  sualları  çıxışçılara  ünvanlamış  və  dolğun  cavablar  almışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort