Gənclər arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyinə yekun vurulmuşdur.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında (1994-96- ci il təvəllüdlülər arasında) sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyinə yekun vurulmuşdur. Gənclər arasınad sərbəst güləş üzrə yarışalrda 55 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə 50 kq çəki dərəcəsində Tofiq Sadıqlı (DİN İC), 55 kq çəki dərəcəsində Coşqun Məmmədli (ROİL), 60 kq çəki dərəcəsində Ağabəy Ramazanzadə (MOİK), 66 kq çəki dərəcəsində Elvin Xıdırov (Bakı Türk Liseyi), 74 kq çəki dərəcəsində Elçin Məmmədov (Neftçi İSM), 84 kq çəki dərəcəsində Elmar İsmayılov (Gömrükçü), 96 kq çəki dərəcəsində Zaur Məmmədli (Gömrükçü) I yerlərə layiq görülmüşlər.

 Yunan-roma güləşi üzrə yarışlarda isə 75 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə 50 kq çəki dərəcəsində Qurban Məmmədov (Neftçi İSM), 55 kq çəki dərəcəsində Elçin Məmmədov (Spartak), 60 kq çəki dərəcəsində Murad Bazarov (Neftçi İSM), 66 kq çəki dərəcəsində Ruhin Mikayılov (Neftçi İSM), 74 kq çəki dərəcəsində Şəmistan Quluzadə (Təhsil RİM), 84 kq çəki dərəcəsində Eltun Vəzirzadə (Spartak), 96 kq çəki dərəcəsində Türmən Eyyubov (ROİL), 120 çəki dərəcəsində Əli Həsənov (Xosrov Cəfərov GK) I yerlərə layiq görülmüşlər.

   I, II və III yerə çıxmış idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

  Onu da qeyd edək ki, qalib gəlmiş idmançılar “Hünər meydanı”  respublika turnirinə vəsiqə əldə etmişlər.