Gənc cüdoçuların Bakı birinciliyi start götürüb

         Yanvarın 24-də Sərhədçi İdman Olimpiya Kompleksində gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə start verilib. İki gün davam edəcək paytaxt birinciliyində 28 klubdan 277 gənc cüdoçu (247 oğlan və 30 qız) medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günü qızlar arasında üç çəki dərəcəsində (44 kq, 52 kq, 63 kq) qaliblər müəyyənləşib.
Oğlanların mübarizəsində isə 55 kq, 66 kq, 81 kq və 100 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparıb. Yarış barədə daha ətraflı məlumatları www.ippon.az saytından əldə edə bilərsiniz.