Gənclər arasında qılıncoynatma üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  həyata keçirdiyi tədbirlər planına əsasən Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda gənclər arasında qılıncoynatma üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

  Birincilikdə “Neftçi İSM”, “8 saylı İOEUGİM”, “Binəqədi 14 saylı UGİM”, “Fencing İK” kimi komandaları təmsil edən 54 idmançı (21 oğlan, 33 qız) şpaqa, sablya, rapira növlər üzrə mübarizə aparmışdır.

 Yarışda şpaqa növü üzrə qızlar arasında I yerə Məlikova Məryəm (“Fencing” İK), sablya növü üzrə I yerə Proxorova Yekaterina (Neftçi İSM),  rapira növü üzrə  I yerə Məlikova Nübar (Fencing İK)  layiq görülmüşlər.
Birincilikdə oğlanlar arasında şpaqa növü üzrə I yerə Məmmədov Fərid (8 № İOEUGİM), sablya növü üzrə I yerə Səfərov Cavanşir (8 № İOEUGİM), rapira növü üzrə  I yerə Cəmil Sadıqzadə (“Fencing” İK) layiq görülmüşlər.  Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.