Gənclər arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər  arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

           Yarışda 1998- 200o-ci il təvəllüdlü gənclər arasında sərbəst güləş üzrə 52 kq çəki dərəcəsində Şahin Muxtarov (DİN İC), 61 kq çəki dərəcəsində İntiqam Vəlizadə (Neftçi İKİB), 65 kq çəki dərəcəsində Rəcəb Nurayev  (Zenit İC), 70kq çəki dərəcəsində Füzuli Hüseynov (Zenit İC), 74 kq çəki dərəcəsində Ruhan Məmmədov (Zenit İC), 79 kq çəki dərəcəsində Ceyhun Kazımzadə (Neftçi İKİB), 86 kq çəki dərəcəsində Emin Nəcəfzadə (Sərhədçi), 92 kq çəki dərəcəsində Asxab Həmzətov (Pəhləvan İK), 97 kq çəki dərəcəsində Hüseyn Hüseynov (Cəngi İK), 125 kq çəki dərəcəsində Orxan Həsənov  (Neftçi İKİB)  I yerə layiq görülmüşlər.

        Yunan-roma güləşi üzrə 55 kq çəki dərəcəsində Zaur Əliyev (Lokomotiv), 60 kq çəki dərəcəsində Fərid Qafarov (9 № li UGGİM), 63 kq çəki dərəcəsində Elvin Mustafayev  (Neftçi İKİB), 67 kq çəki dərəcəsində Kənan Cəfərov (MOİK),  72 kq çəki dərəcəsində Məhəmmədəli Həsənov (Gənclik), 72 kq çəki dərəcəsində Ülvi Qənizadə (Neftçi İKİB), 82 kq çəki dərəcəsində Aslan Məmmədov  (ROİL), 87 kq çəki dərəcəsində Xəyal Mehtiyev (Cəngi), 97 kq çəki dərəcəsində Tehran Əminzadə (Gömrük), 130 kq çəki dərəcəsində Əli Əminzadə (Gömrük) I yerə layiq görülmüşlər.

         Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılmışlar.