Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş şahmat turniri keçirildi

       21-27 iyul 2022-ci il tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər  İdman Şahmat  Məktəbində (RİOEUGİŞM)   “26 iyul Gənclər və İdman Nazirliyinin yaranması günü” nə həsr olunmuş  12-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə turnir  keçirilib.

        Turnirdə 50 şahmatçı  İsveçrə  sistemi  üzrə  mübarizə aparıb.  Yarışın  yekun nəticəsinə əsasən Ağaməmməd Mirzəyev I, Məryəm Baxışova II, Şahlar Şahlarlı III yeri tutub.
Yarışın bağlanış mərasimində 3 nömrəli RİOEUGİŞM-in direktoru Cəmil Fətullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev və yarışın baş hakimi Fidan Talıbova qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

        Təltif olunma mərasimində yarışın qaliblərinə Baş İdarə  tərəfindən kubok, diplom və medallar təqdim edilib.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort