General-mayor Polad Həşimovun xatirəsi anılıb

            Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı (BŞGİBİ) ilə idman ictimaiyyətinin və gənclər təşkilatlarının nümayəndələri, eləcə də Azərbaycan İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin üzvləri şəhid general-mayor Polad Həşimovun məzarını ziyarət ediblər.

        Anım mərasimində şəhidin məzarı önünə əklil və gül dəstələri qoyulub. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və himnimiz canlı oxunub.

       Mərasimdə Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, taqım komandirliyindən general-mayor ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidməti zamanı verilən tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün qüvvəsini sərf edib.

       P.Həşimov Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən ötən il iyulun 14-də qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort