GÜLLƏ ATICILIĞI ÜZRƏ BAKI ÇEMPİONATI KEÇİRİLMİŞDİR

   Xətai rayonu 265 nömrəli tam orta məktəbin atıcılıq tirində pnevmatik tapançadan güllə atıcılığı üzrə Bakı şəhər zona çempionatı keçirilmişdir. Yarış həm şəxsi, həm də komanda xarakteri daşıyırdı. Komandaların tərkibi 4 nəfər kişi və 1 nəfər qadından ibarət idi. 10 m məsafədə hədəfə atəş üzrə keçirilən yarışmada komanda hesabında I yeri 290 xalla Nərimanov rayon komandası, II yeri 239 xalla Yasamal rayon komandası, III yeri 207 xalla Sabunçu rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri 82 xalla Əliyev Arif (Nərimanov rayonu), II yeri 73 xalla Məlikov Şahin (Yasamal rayonu), III yeri 70 xalla İsrafilov Cavad (Binəqədi rayonu) tutmuşlar.
Komanda hesabında I və II yerləri tutmuş komandalar, şəxsi hesabda I, II və III yerləri tutmuş iştirakçılar iyun – iyul ayları ərzində keçiriləcək respublika çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort