Güllə atıcılığı üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Neftçi İKİB-in atıcılıq mərkəzində   güllə atıcılığı üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə “Spartak” İC, “Neftçi” İKİB, “DİN” İC və RSAİM-ni təmsil edən 35 nəfər idmançı  iştirak etmişdir.

         Nəticələrə görə KÇTÇ-4  hərəkəti üzrə Nəzrin Abbaslı (RSAİM) , PT-4 hərəkəti üzrə Rükufə Quliyeva (Spartak İC), PTÇ-3 hərəkəti üzrə Nəzrin Abbaslı (RSAİM), PT-4 hərəkəti üzrə Ramiz Xəlilov (RSAİM), KÇTÇ  hərəkəti üzrə   Loğman Babaşov (Spartak İC), PTÇ-3 hərəkəti üzrə Vladislav Kalmikov (Neftçi İKİB), PT-4 hərəkəti üzrə Ramiz Xəlilov (RSAİM) I yerlərə layiq görülmüşlər.

          I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.