Güllə atıcılığı üzrə Bakı şəhər kuboku keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Neftçi” İKİB-də güllə atıcılığı üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda 33 idmançı mübarizə aparmışdir. Nəticələrə görə  PT-4  (10m) tipli tapança- I yerə Ruslan Qəhrəmanov (DİN İC), II yerə Üzeyir Tapdıqlı (RSAİM), III yerə Ramiz Xəlilov (RSAİM), PT-4 (10m) tipli tapança-I yerə Kəmalə Yusifova (DİN İC), II yerə Gültəkin Rəsulova (DİN İC), III yerə Nəzrin Salamzadə (RSAİM),    PTÇ-4 (10m) tipli tapança-I yerə Emil Əhmədov (DİN İC), II yerə Rəhim Rəhimli (DİN İC), III yerə Elşən İbadov (DİN İC), PTÇ-4 (10m) tipli tapança-I yerə Nigar Nəsirova (DİN-RSAİM), II yerə Zərifə Qasımova (DİN İC), III yerə Nataliya Qocayeva (Atıcılıq İK)  layiq görülmüşlər.

       I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallar təqdim edilmişdir.