Güllə atıcılığı üzrə Bakı şəhər kuboku keçirilmişdir.

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Atıcılıq Mərkəzində  güllə atıcılığı üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda 43 idmançı mübarizə aparmışdir. Nəticələrə görə kişilər arasında PT-4 tipli tapança- I yerə Ruslan Qəhrəmanov (DİN İC), II yerə Ramiz Xəlilov (RSAİM), III yerə Murad Əhmədli (RSAİM), PTÇ-3 tipli tapança-I yerə Morteza Dana (DİN İC), II yerə Rəhim Rəhimov (DİN İC), III yerə Rauf Sultanov (DİN İC),  qadınlar arasında  PT-4 tipli tapança-I yerə Jalə Bayramova (RSAİM), II yerə Nuranə Əliyeva (DİN İC), III yerə Nəzrin Salamzadə (RSAİM), PTÇ-3 tipli tapança-I yerə Nigar Nəsirova (DİN-RSAİM), II yerə Jalə Mirzəzadə (Neftçi İKİB), III yerə Nəzrin Abbaslı (RSAİM), PTÇ-mix (10m) tipli tapança- I yerə Nigar Nəsirova (DİN RSAİM), II yerə Rəhim Rəhimov (DİN İC), III yerə Zeynəb Abbasova  (Neftçi İKİB), PTÇ-mix (20+20) tipli tapança- I yerə Nigar Nəsirova (DİN RSAİM), II yerə Rəhim Rəhimov (DİN İC), III yerə Nəzrin Abbaslı  (RSAİM) layiq görülmüşlər.

       I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.