Gürcüstanın Batumi şəhərində “Mziuri Cup” plyaj reqbisi üzrə yarış keçirililmışdir

Gürcüstanın Batumi şəhərində “Mziuri Cup” plyaj reqbisi üzrə yarış keçirililmışdir. Bu yarışda Gürcüstan, İran, Türkiyə, Ukrayna ilə yanaşı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı şəhər yığma komandasl da iştirak etmişdir. Bakı komandası ilk oyunlarda məğlub olsa da  qalan oyunlarda qalib gəlmişdir: əvvəlcə minimal hesabla 5:4, və sonra isə daha böyük hesabla 7:2. Beləliklə, yığma komandamız III yerə çıxmışdır.