HƏRBİ LİSEYDƏ QALİBLƏR MÜKAFATLANDIRILDILAR

          Cəmşid Naxçıvanski adına Hərbi Liseydə payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında birinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəis müavini, polkovnik – leytenant Fuad Ələkbərov, Hərbi Liseyin zabit – kursant heyəti, qalib komandanın üzvləri iştirak etmişlər. Çıxış edən natiqlər keçirilən tədbirin çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd etmiş, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

           Sonda həm komanda hesabında I yeri tutmuş, həm də şəxsi hesabda I və II yerləri tutmuş Xətai rayonunu təmsil edən Hərbi Liseyin kursantları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.