Hakimlərə dərəcə vəsiqələri verildi

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) 13 nəfər gənc ədalət təmsilçisinə 1-ci dərəcəli hakim kitabçaları təqdim olunub. Dərəcə kitabçalarını Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rəis müavini Aydın Yusifov, Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, federasiyanın hakimlər kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli təqdim edib.

      Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanda idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan müvəffəqiyyətlərdən, cüdo idman növünün hərtərəfli inkişaf etməsindən danışıb: “Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Cüdo Federasiyasının müştərək təşkil etdiyi müxtəlif yaş qrupları arasında paytaxt birincilikləri, Həzi Aslanovun xatirəsinə ənənəvi beynəlxalq turnir ildən ilə iştirakçıların sayında kütləviliyin artımı ilə müşahidə olunur ki, bu da bu idman növünə ölkəmizdə böyük marağın olmasından xəbər verir”.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort