Həndbol üzrə Bakı şəhər açıq birinciliyi keçirilib

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “ABU Arena”da həndbol üzrə 10 komandanın  iştirakı ilə 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında Bakı şəhər açıq birinciliyi keçirilib. Yarışda 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (RİOEUGİM) komandası, 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (İOEUGİM-1), İOEUGİM-2, Azərbaycan Pedaqoji Kolleci, Göygöl, Gəncə, Mingəçevir, Qazax-ı təmsil edən komandalar iştirak ediblər.

   Nəticələrə görə I yeri 12 saylı İOEUGİM, II yeri Mingəçevir şəhər komandası, III yeri Qazax şəhər komandası tutmuşdur. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar xə xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.