Həndbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

 

1o – 19 noyabr 2013 – cü il tarixdə Bakı şəhər Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq ABU – nun idman salonunda 1997 – 98, 1999 – 2000, 2001 – 02-ci il təvəllüd oğlan və qızlar arasında həndbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Birincilikdə 238 nəfər idmançı (126 qız idmançı) mübarizə aparmışdır.
Yarışda 1997- 98-ci il təvəllüdlü oğlan komandalar arasında I yerə “12 saylı İOEUGİM”, qız komandalar arasında I yerə “12 saylı İOEUGİM-1”, 1999 – 2000-ci il təvəllüdlü oğlanlar arasında I yerə “12 saylı İOEUGİM-1”,  qızlar arasında I yerə “12 saylı İOEUGİM-1”, 2001 – 2002-ci il təvəllüdlü oğlanlar arasında I yerə “12 saylı İOEUGİM-1”, qızlar arasında isə I yerə “12 saylı İOEUGİM-1” layiq görülmüşlər
Birincilikdə I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qiymətli xatirə hədiyyələri və diplomlarla təltif edilmişlər.