Həndbol üzrə Bakı şəhər birinciliyi

  Bakı şəhər Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq ABU Arenada 1998 – 99, 2000 – 2001, 2002 – 03-cü il təvəllüd oğlan və qızlar arasında həndbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 288 nəfər idmançı (110 qız idmançı) mübarizə aparmışdır. Yarışda 1998- 99-ci il təvəllüdlü oğlan komandalar arasında I yerə 2  saylı RİOEUGİM, II yerə İOUEGİM, III yerə 12 saylı İOEUGİM,   qız komandalar arasında I yerə 12 saylı İOEUGİM-1, II yerə RKİM, III yerə İOEUGİM-2,   2000– 2001-ci il təvəllüdlü oğlanlar arasında I yerə 2  saylı RİOEUGİM, II yerə 12 saylı İOEUGİM-1, III yerə 12 saylı İOEUGİM-2,   qızlar arasında I yerə 12 saylı İOEUGİM-1, II yerə 2  saylı RİOEUGİM-1, III yerə 2  saylı RİOEUGİM-2,  2002 – 2003-cü il təvəllüdlü oğlanlar arasında I yerə 12  saylı İOEUGİM-1, II yerə 2  saylı RİOEUGİM, III yerə İOEUGİM-2,  qızlar arasında isə I yerə 12 saylı İOEUGİM-1, II yerə İOEUGİM-3, III yerə İOEUGİM-2 layiq görülmüşlər. Birincilikdə I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qiymətli xatirə hədiyyələri və diplomlarla təltif edilmişlər.