HƏRBİ LİSEYDƏ QALİBLƏR MÜKAFATLANDIRILDILAR

         Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Zəfər Günü”nə həsr olunmuş  Vətənin Müdafiəsinə Hazıram  poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında birinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Elmar İbadlı, Cəlil Əlizadə, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fiziki hazırlıq bölməsinin rəisi mayor Rəşad Kazımov, qalib komandanın üzvləri iştirak etmişlər. Çıxış edən natiqlər keçirilən tədbirin çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd etmiş, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

           Sonda həm komanda hesabında I yeri tutmuş, həm də şəxsi hesabda I, II və III yerləri tutmuş Xətai rayonunu təmsil edən Hərbi Liseyin kursantları Anar Əhmədov, Sadiq Məmmədov, Elgün Xanəliyev Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort