Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

  Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da iştirak etmişdir. Raqif Abbasov çıxış edərək Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən, Azərbaycanda ordu quruculuğunda, milli hərbçi kadrların yetişdirilməsində misilsiz xidmətindən danışmışdır.