Heydər Əliyev Mərkəzinə ekskursiya

Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən   rayonun bir qrup gəncinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur.

Ekskursiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış oldular. Mərkəzin əməkdaşı iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildirdi ki, mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilib. Müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir.

Ziyarətçilər ümummilli liderin həyatı və siyasi fəaliyyəti haqqında zəngin məlumatlar əldə etdilər, daha sonra isə Mərkəzdə yerləşən Azərbaycan İnciləri müzeyi ilə tanış oldular. Altı bölmədən ibarət olan müzeydə Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən eksponatlar, milli geyimlər, xalçalar, musiqi alətləri və s. haqqında iştirakçılara geniş məlumat verildi.

Eyni zamanda iştirakçılar Mərkəzdə yeni yaradılmış, müxtəlif dövrlərdə Bakı şəhəri və ölkəmizin bir çox regionlarında tikilmiş unikal tikililərin maketlərindən ibarət sərgi ilə tanış oldular.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort