Heydər Əliyev Mərkəzinə ekskursiya

 Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 İyun-Azərbaycan xalqının Milli Qurtuluş günü münasibətilə, gənclərin vətənə məhəbbət, xalqın tarixinə hörmət və ehtiram ruhunda tərbiyə olunması və ümummilli lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaqməqsədiləbir qrup gənclərlə iş üzrə nümayəndəninHeydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur.

Ekskursiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olublar. Mərkəzin əməkdaşı iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildiribki, müasir Bakının simvollarından biri hesab edilən Mərkəzdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir.

İştirakçılar sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olmuşlar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında maraqlı məlumatlar əldə etmişlər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri ziyarətçilərdə böyük təəssürat oyatmışdır.