“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

 Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında   “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

   Tədbir açıq elan olunduqdan sonra   toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni canlı olaraq səsləndi. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video rolik tədbir iştirakçılarına göstərildi.

   Tədbirdə iştirak etmiş məktəblilərə  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılmışdır.

  Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş şagirdlər Baş İdarə  tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təltif olundular. Nəticələrə görə I yerə Nigar Eyvazzadə (Xətai rayonu 261 saylı orta məktəb), II yerə Günel Mirzəzadə (Suraxanı rayonu 89 saylı orta məktəb), III yerə isə Samirə Hacıyeva (Nizami rayonu  62 saylı orta məktəb) layiq görülmüşlər.