Heydər Əliyev Mərkəzinə ekskursiya

   Ümummilli Lider Heydər Əliyevin anım günü ilə  əlaqədar olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən  20 nomrəli məktəb-liseyin bir qrup şagirdi, müəllimi, valideynlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir.

   Məktəblilər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olublar. Mərkəzin əməkdaşı iştirakçılara qeyri-adı, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildiribki, müasir Bakının simvollarından biri hesab edilən Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

   Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir.

    İştirakçılar sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olmuşlar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında maraqlı məlumatlar əldə etmişlər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri məktəblilərdə böyük təəssürat oyatmışdır.

  Tədbir Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi daşıyır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort