Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümü münasibətilə bir qrup gənclərin və polis əməkdaşlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Təşkil olunmuş ekskursiyada BŞGİBİ-i və BŞBPİ-nin əməkdaşları Ümummilli Lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlarla tanış olmuşlar.  Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.

 Onu da qeyd edək ki,  dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə  interaktiv formada çatdırılır.