“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

             Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konfrans və “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.  Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, millət vəkili Sona Əliyeva, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov,  və digərləri iştirak ediblər.

              Tədbir açıq elan olunduqdan sonra toplantı iştirakçıları tərəfindən Azərbaycanın Dövlət Himni canlı ifa edilib. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

               BŞGİBİ-nin rəisi R.Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı uğrunda misilsiz xidmətlərindən danışıb. O, Ümummilli Liderin ölkənin bütün sahələrində apardığı uğurlu siyasətdən söz açıb.

                 Millət vəkili Sona Əliyeva məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin nəticəsində Azərbaycanın dünyada tanındığını, söz sahibinə çevrildiyini və uğurla inkişaf etdiyini bildirib.

                     O, may ayının 8-nin Şuşanın erməni daşnaqları tərəfindən işğal edildiyi gün olduğunu xatırladıb. Deputat Azərbaycan gənclərinin hər an torpaqlarımızın işğaldan azad olunması üçün döyüşə hazır olduqlarını deyib. S.Əliyeva ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını mütləq azad edəcəyini vurğulayıb.

                   Daha sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində həyata keçirdiyi əvəzolunmaz xidmətlərindən danışıblar.

                  Sonda “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar. Nəticələrə ğörə I yerə Ruqəyya Nəsirli (Xətai rayonu 264 saylı orta məktəb), II yerə Məhrubə Abdullayeva (Nizami rayonu 10 saylı orta məktəb), III yerə Xədicə Məşriq (Binəqədi rayonu 283 saylı orta məktəb) layiq görülmüşlər.

                     Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin qeyd olunması, böyüməkdə olan gənc nəsil arasında Heydər Əliyev irsinin təbliğ edilməsi, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirməsi üçün şəraitin yaradılmasından ibarətdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort