“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən  Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş konfrans və Bakı şəhər orta məktəblərinin şagirdləri arasında  “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir

   Tədbrdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Prezident Administrasiyasının məsul işçisi Səbuhi Rzayev, Gəncliyə Yardım Fondunun vitse –  prezidenti Salman Əliyev və başqaları iştirak etmişlər.

    Tədbirdə iştirak etmiş məktəblilərə  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılmışdır.

   Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və 15 nəfər fərqlənmiş şagirdlər Baş İdarə  tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təltif olundular. Nəticələrə görə I yerə Süleymanlı Şəbnəm (Səbail rayonu 7 saylı orta məktəb), II yerə Əsədzadə Humay (Nərimanov rayonu 304 saylı orta məktəb), III yerə isə Bədəlli Aliyə (Binəqədi rayonu 313 saylı orta məktəb) layiq görülmüşlər.