İdman gimnastikası, akrobatika və tamblinq üzrə Bakı şəhər çempionatı

     Azərbaycan Gimnastika Federasiyası və Bakı şəhər Gənclər  və İdman Baş İdarəsi tərəfindən Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Nəticələrə görə idman gimnastikası üzrə  balacalar arasında I yerə Məmmədli Səməd (BGM), yeniyetmələr arasında I yerə Babayev Cavidan (ROİL),  idman gimnastikası dərəcəsi üzrə I yerə Xəlilov Əli (BGM), idman ustalığına namizəd dərəcəsi üzrə I yerə Ağarzayev Murad (ROİL), idman uztası üzrə I yerə Namazov Ruslan  (BGM) layiq görülmüşlər.

   Akrobatika gimnastikası üzrə I yerə qadın cütlüyü-böyüklər arasında Aynur Hüseynova, Nərmin Ramazanova, kişi cütlüyü-böyüklər arasında I yerə Əlibəyov Elçin, Gülməmmədli Emin, qadın cütlüyü- gənclər arasında I yerə Qurbanlı Ruhidli, Əhmədova Aygün, qarışıq cütlük- gənclər arasında I yerə Rəhimov Ağasif, Cabbarlı Nurcan, qadın qrupu-gənclər arasında I yerə Zeynalzadə Ləman, Əsgərzadə Səmra, Zakiryayaeva Ayla layiq görülmüşlər.

   Tamblinq üzrə balacalar arasında I yerə Hacızadə Adil (NEF), yeniyetmələr arasında I yerə Mustafayev Fərid (BGM), gənclər arasında I yerə Abdulla Valid (BGM), böyüklər arasında I yerə Malkin Mixail layiq görülmüşlər.

     I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.