İdman gimnastikası üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

 

         Azərbaycan Gimnastika Federasiyası və Bakı şəhər Gənclər  və İdman Baş İdarəsi tərəfindən Milli Gimnastika Arenasında idman gimnastikası  üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Nəticələrə görə idman gimnastikası üzrə balalar arasında I yerə Hüseyn Mustafazadə (ROİL),  balacalar arasında I yerə Çingiz Vəliyev  (BGM), Leyla Məmməzadə (Ocaq İK), kiçiklər arasında I yerə Tural Səlimov (BGM),uşaqlar arasında I yerə Şamxal Əhmədov (Ocaq İK), Amaliya Ağayeva (Ocaq İK), yeniyetmələr arasında I yerə Ramin Dəmirov (BGM), Aliyə Rəsulova (Ocaq İK), gənclər arasında  I yerə Milana Minakovskaya (Ocaq İK) layiq görülmüşlər.

           I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.