“İdman ili”nin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

   Noyabrın 22-də Yasamal Rayon İcra Hakimiyyətinin akt zalında “İdman ili”nin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalət Oyunlar Komitəsinin sədri Xəzər İsayev, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov iştirak etmişlər.

  Tədbiri giriş sözü ilə açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yeniyetmə və gənclər arasında idmanın inkişafı istiqamətində respublikada görülən işlər barədə ətraflı məlumat verdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncami ilə 2012-ci il idman ili elan edilməsi olkə rəhbərliyinin idmana olan tukənməz qayğasinin bariz nümunəsi olduğunu qeyd etdi.

  Milli Məclisin deputati Ülvi Quliyev, MOK-un vitse-prezidenti Xəzər İsayev, Yasamal RİH başçisi İbrahim Mehdiyev  cixiş edərək rayonun bu sahədə uğurlarini Azərbaycan idmanina töhfə  kimi qiymətləndirərək  bu nailiyyətlərin davamli olmasini arzulamiş, ölkəmizdə idmana dövlət tərəfindən göstərilən  xüsusi diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkürünü bildirmişlər.

   Daha sonra Baş İdarənin rəisi Raqif Abbasov da idmanin ölkəmizdə geniş vüsət aldığını qeyd etmişdir. O,  Azərbaycanda idmanin sürətlə inkişaf etdiyini, ölkəmizdə idman infrastrukturunun yüksət səviyyədə  olduğunu, Azərbaycanin artiq böyük yarişlara ev sahibliyi etdiyini bildirmiş, belə ki,  qarşıda ölkəmizin 2015-ci ildə şahmat üzrə Dünya kubokunun, 2016-cı ildə Ümumdünya şahmat olimpiadasinin, 2017-ci ildə İslam Həmrəyliyi  Oyunlarının yarışlarının keçiriləcəyi bir məkana çevriləcəyini söyləmişdir.

  Tədbir rayonu təmsil edən idmançılarının və idman sahəsini işıqlandıran jurnalistlərin mükafatlandırılması ilə başa çatmışdır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort