IDMAN RƏQSLƏRI ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİYİNƏ YEKUN VURULMUŞDUR

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “ABU arena” salonunda  idman rəqsləri üzrə Bakı şəhər birinciliyi   keçirilmişdir.  Yarişda 42 idmançı  “Azeri İnciləri”, “Çinar”, “İmpuls”, “Olimp”, “Odlar Yurdu”, Rovesnik”, “Sirdaş”, “Şane”, idman rəqs təşkilatları təmsil etmişdir. Yarışın nəticəsinə görə birinci yerləri aşağıdakı rəqs cütlükləri tutmuşdur:

Adı və soyadı

Yaş qrupu

Proqram

Təşkilat

 

Qaftan Abbasov 2005 və ondan kiçik illər Uşaqlar 1   – 4 rəqs “Azeri İnciləri”
Anastasiya Knyajına
Nadir Mütəllimov 2004-2003 illər Uşaqlar 2   – 8 rəqs “Olipm”
Mestvirişvili Marika
Bahadır Abbasov 2002-2001 illər Yeniyetmələr 1 – 10 rəqs “Olipm”
Kamilla Əhmədova
Raul İsgəndərov 2000-1999 illər Yeniyetmələr 2 – 10 rəqs “Olimp”
Valeriya Kovalyova

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.