İdman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “ABU arena” salonunda idman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 88 idmançı, o cümlədən 44 oğlan və 44 qız,  “Olimp”, “Şane”, “Odlar Yurdu”, “Azəri İnciləri”, “Çinar”, “Rəqs Dünyası”, “Siluet” və “Rovesnik” idman klublarını təmsil etmişdir. Yarışda  “Yeniyetmələr II” yaş qrupunda – Raul İsgəndərov və Roksana Atalan (St, La) – “Olimp” idman klubu, “Gənclər” yaş qrupunda – Valeriy Krasavin və Yelizaveta Novikova (St, La) – “Sirdaş” idman klubu, “Böyüklər” yaş qrupunda – Arif Məmmədov və Mira Nağıyeva (St) – “Olimp” idman klubu,  Fərid Mehdiyev və Cəmilə Çernova (La) – “Şane” idman klubu I yerlərə layiq görülmüşlər.

  Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.